“Mən bu il şəxsən bu Forumda iştirak etmək istədim”.

Bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru deyib ki, Azərbaycanda koronavirus pandemiyası ən aşağı səviyyəyə enib: “Demək olar ki, 60 yaşından yuxarı əhali tamamilə peyvəndlənib. Ancaq hələ bizim dünyada pandemiyaya qalib gəldiyimizi demək çox çətindir. Virusun aqressiv formaları ortaya çıxır. Dünyada 1 milyard əhali hələ peyvənd olunmayıb. Vaksin olunmuş əhali üzərində də araşdırmalar aparmalıyıq”.

Tedros Adhanom Qebreyesus qeyd edib ki, bir çox ölkələrdə tibbi yardım xidmətləri yenidən qurulmalıdır: “Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, yeni müqavimət üzərində işləmək lazımdır”.

Qebreyesus: “Rusiya-Ukrayna müharibəsi beynəlxalq səhiyyəyə də mənfi təsir göstərəcək”

“Rusiya-Ukrayna müharibəsi beynəlxalq səhiyyəyə də mənfi təsir göstərəcək”.

Bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru deyib ki, naümid olmaq istəmir.

“Mən də Nizami Gəncəvidən sitat gətirmək istəyirəm: Hər bir qaranlıq gecənin işıqlı səhəri olacaq”, - o vurğulayıb.

.