Sağlamlıq tədbirləri həyata keçirilsə və bütün ölkələr arasında həmrəylik nümayiş etdirilsə, kruiz gəmisində yayılan hantavirus epidemiyasının məhdud miqyasda qalacağı gözlənilir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST-nin məlumatına görə, kruiz gəmisində hantavirusa yoluxma hadisəsi nəticəsində ümumilikdə 3 nəfər ölüb, 8 yoluxma qeydə alınıb, onlardan 5-i laborator analizlə təsdiqlənib.
Bildirilir ki, təxminən 150 sərnişinin olduğu kruiz gəmisi İspaniyanın Kanar adalarına doğru hərəkət edir. Sərnişinlər kabinələrində izolyasiya olunmuş vəziyyətdə saxlanılır.
.
