“Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb”.
Bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildiri: “Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək. Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur. Hamı əl gigiyena, respirator gigiyena və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq”.
Hande Harmancı: "Koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil"
“İkinci dalğa sualı çox verilir və hər dəfə də deyirəm ki, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil”.
Bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O deyib ki, tək və böyük dalğa daha təhlükəlidir: “Hazırda tək böyük dalğadan qorunmuş sayılırıq. Yumşalmadan sonra virusa yoluxanların sayının artması ilə dalğa olub-olmadığını ancaq geriyə baxaraq görmək olar. İndiyə qədər artım var, ona görə əhalinin fərdi olaraq görməli olduqları işlər davam etməlidir. Biz hazırda düzgün müalicə və peyvəndi gözləyərək qaydalara əmək etməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə ən azı il sonuna qədər davam etməlidir”.
Hande Harmancı: "Pandemiya ilə mübarizədə yolumuz uzundur"
“REACT-C19” heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub.
Bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, iki həftə müddətində heyət Bakıda 4 xəstəxanada işləri yekunlaşdırdıqdan sonra Gəncə, Ağdaş, Goranboy və Şəmkirdəki xəstəxanalarda olub, fəaliyyət planı hazırlayıb tövsiyələr veriblər: “Bu tədbirlər infeksiyanın tibb işçilərinə, ailələrə yayılmasının minimuma endirilməsi üçündür. Bu müddətdə 400-dən çox tibb işçisi təlimlərdə iştirak edib. Yerli həkimlərlə ağır xəstələrin müalicəsi üçün təcrübələrini bölüşüblər. Bundan sonra da onlayn platformalar üzərindən tövsiyə və konsultasiyaların davam etməsi gözlənilir. Pandemiya ilə mübarizədə yolumuz uzundur. Bundan sonra da mübarizəyə dəstək verməyə davam edəcəyik”.
.
