Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus hər ölkəni sentyabradək əhalisinin 10%-ni koronavirusa qarşı peyvənd etdirməyə çağırıb.

Cənab Qebreyesus bu çağırışı Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında edib.

O, hər ölkənin öz əhalisinin 30%-ni isə ilin sonunadək koronavirusa qarşı peyvənd etdirməsinin vacibliyini vurğulayıb.

Baş direktor bunun kornavirus pandemiyası ilə mübarizədə mühüm təsirləri ola biləcəyini qeyd edib.

ÜST: Koronavirusa qarşı vaksinin ədalətli bölünməməsi pandemiya ilə mübarizəni uzadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa qarşı vaksinin dünyada ədalətli bölünməməsini rüsvayçılıq adlandırıb.

Baş direktor bunu Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bəyan edib.

Cənab Qebreyesus bildirib ki, vaksinin ədalətli bölünməməsi pandemiya ilə mübarizəni uzadır.

O, bu il koronavorusa yoluxma səviyyəsinin artıq 2020-ci ildəki səviyyəni keçdiyini bildirib.

ÜST rəhbəri dünyada pandemiya ilə bağlı vəziyyətin çox təhlükəli olaraq qaldığını deyib.

O qeyd edib ki, 23 maya olan məlumata görə, ÜST-ə 166 346 635 nəfərin koronavirusa yoluxduğu, 3 449 117 nəfərin öldüyü barədə informasiya daxil olub.
 

.