“Hazırda İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 adda xidmət daxildir”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elmi-Tədqiqat Kadiologiya İnstitutunun elmi katibi, kardioloq Təranə Cavadova deyib. Onun sözlərinə görə, xidmətlər zərfinə daxil olan kardioloji xidmətlərin sayı artırılacaq:

“Buraya ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı da daxildir”.

T. Cavadova qeyd edib ki, bu gün ürək çatışmazlığından əziyyət çəkən xəstələr üstünlük təşkil edir:

"Onlar üçün cihaz taxılması əməliyyatı da qismən ödənişlə həyata keçirilir. Qapaq aparatlarının taxılması əməliyyatının ödənişinin qismən qarşılanması layihəsi üzərində hazırda işlənilir. Düşünürəm ki, bununla kifayət qədər xəstəlikləri əhatə etmiş olacağıq" - o əlavə edib.

.