Üç ölkənin prezidentləri 2025-ci il martın 13-15-də Azərbaycan paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək.

Bunlar Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviçdir.

Kuala-Lumpurun meri Maimuna Mohd Şərif və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspanın iştirakı da təsdiqlənib.

.