Son aylar ölkədə kəskin respirator virus xəstəliyinin yayılması müşahidə olunur. Xüsusən uşaqlar arasında daha çox yayılan bu xəstəliyə görə Salyan rayon Birləşmiş Uşaq Xəstəxanasına edilən müraciətlərin sayı artıb. 
Bu səbəbdən xəstəxana gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təkcə son iki ayda xəstəxanaya bu səbəbdən 78 nəfər müraciət edib. Xəstəxananın lazımi təchizat və dərman preparatları ilə təmin olunması, həmçinin peşəkar həkim heyətinin sayəsində müraciət edənlərə vaxtında və dəqiq tibbi yardım göstərilərək xəstəliyin ağırlaşmasının qarşısı alınıb. Hər xəstənin çarpayıda yatma günü 8-9 gün təşkil edib ki, bu da normal göstərici hesab edilir. Xəstəliyə qarşı rayonda mütəmadi olaraq profilaktik tədbirlər davam etdirilir.
.