Tehranın küçələri və dünyanın müxtəlif şəhərləri azadlıq tələb edən iranlı qadın və kişilərin səsi ilə əks-səda verir.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, söhbət danışmaq, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq azadlığından gedir. Fon der Lyayen Avropanın iranlıları tam dəstəklədiyini bildirib.

Avropa Komissiyasının Prezidenti qanuni nümayişlərin zorakılıqla repressiya edilməsini qətiyyətlə pislədiyini vurğulayıb və qeyd edib ki, buna görə məsuliyyət daşıyanlar tarixin səhv tərəfində xatırlanacaqlar.

O, eyni zamanda həbsdə olan bütün nümayişçilərin dərhal azad edilməsinə, internetə tam çıxışın bərpasına və fundamental hüquqlara hörmət edilməsinə çağırıb.

.