Avropa Komissiyası mart ayının ortalarına qədər Avropa İttifaqının (Aİ) müdafiəsinin gücləndirilməsi və müdafiə xərclərinin artırılması üzrə strategiyanı təqdim edəcək.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qdanskda Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.

"Biz strategiyanı hazırlayırıq və mart ayının ortalarında təqdim edəcəyik", - o qeyd edib.

.