Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.

İddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.

.