“Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq”.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb:

“Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər bu semestrdə distant təhsilin verilməsi nəzərdə tutulur”.

“1 oktyabr tarixindən bu il tələbə adını qazanan I kurslar ali təhsil müəssisələrinə müraciət edə bilər, onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək”, - deyə nazir qeyd edib.

.