Bu səfər bank müştəirlərini "soymaq” üçün daha bir unikal vasitəyə əl atıb

"Unibank” müştərilərini aldatmaqda davam edir. Bu səfər bank müştəirlərini "soymaq” üçün daha bir unikal vasitəyə əl atıb. Bu barədə "yenizaman.az”a sözü gedən bankın bir qurup müştərisinin verdiyi məlumata görə, sön günlər bankın "Albalı” kartından bankomatlardan nağd pul çıxartmaq qadağan edilib. Səbəb isə "Unibank”ın yeni "qaydalarıdır”. Bank yalnız "Albalı” kart vasitəsilə alış-veriş etmək üçün marketlərdən istifadəsinə icazə verir. Lakin "Albalı” kart bankın partnyor olduğu mağazalardan alış-veriş edən müştərilərdən manatla deyil artıq dollarla pul çıxılır. Bu isə bank müştərilərinin etirazına səbəb olub. Çünki bu barədə bank onları xəbərdar etməyib. Məsələnin ciddi tərəfi mağazaların alış-veriş zamanı kartdan pulu çıxarılmasının dollarla hesablanmasıdır. Belə çıxır ki, faizlər təkcə partnyor dükanların deyil, eyni zamanda bankındır. Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Yəni alış-veriş zamanı müştərinin hər bir paltara, əşyaya görə həm partnyora, həm də gizli şəkildə banka faiz ödəməsidir. Bu isə nəticədə bütün "Albalı” kart sahiblərinin banka vəsaitləri sonrakı 3 ay ərzində ikiqat ödəməsidir. Beləliklə "Unibank” müştərilərinə rahatca aldadır.
L.SALMANOVA
.