"Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi hətta işğal dövründə də bir gün olsun belə dayandırılmamışdı".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva nazirliyin Qubadlı rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 30 il ərzində işğalçılar Qarabağdakı çayları çirkləndirib:
"Onlar unikal fauna və floranı, tarixi abidələri məhv ediblər. İşğal dövründə hər bir rayon üzrə proqnozları verərkən ümüdümüzü kəsmirdik. Əmin idik ki, o gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və proqnozlarımızdan bizim vətəndaşlar istifadə edəcək. Bu xoşbəxt günü bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz yaşatdı və torpaqlarımız işğaldan azad olundu".

"Bu gün biz qürur duyuruq ki, Qarabağ bölgəsi üçün verdiyimiz hava proqnozlarımızdan bizim hərbçilərimiz və oranı bərpa edən mütəxəssislərimiz faydalanır. Gələcəkdə də hidrometeoroloji məlumatlar dircələn Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin səmərəli planlaşdırılmasında xidmət göstərəcək", - o əlavə edib.

.