Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytının verdiyi xəbərə görə, bununla bağlı nota Ukraynanın Moskvadakı səfirliyinə göndərilib. 

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidir.

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.

.