Ukraynanın müdafiə naziri Rüstəm Umerov "təhlükəsizlik səbəbi"ndən bugünə planlaşdırılmış Fransa səfərini ləğv edib.
Yenizaman "LeMonde"yə istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, ukraynalı nazir bugün səhər fransalı həmkarı Sebastien Lecornu ilə videokonfrans vasitəsilə Parisdə Kiyevin Rusiyaya qarşı imkanlarını gücləndirmək məqsədi daşıyan “artilleriya koalisiyasının”elan olunmasında iştirak edəcək. Fransa və ABŞ-ın rəhbərlik etdiyi bu koalisiya Kiyevi dəstəkləyən 50-dən çox ölkəni birləşdirən "Ramşteyn" qrupu kimi tanınan Ukraynanın müdafiəsi üzrə təmas qrupunun tərkib hissələrindən biridir.
Fransa mətbuatının xəbərinə görə, ukraynalı nazir fransalı həmkarı Sebastien Lekornu ilə bu gün günortadan sonra "Ceaser" özüyeriyən silahlarının istehsal edildiyi müdafiə sənayesi kompleksinə və Selles-Saint-Denisdəki MBDA raket gəmisinə getməyi planlaşdırmışdılar.
.
