Ukrayna Nazirlər Kabineti ədliyyə naziri Qerman Qaluşenkonu vəzifəsindən kənarlaşdırıb.
Bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko bildirib.
"Bu gün səhər hökumətin növbədənkənar iclasını keçirdik. Qerman Qaluşenkonu ədliyyə naziri vəzifəsindən kənarlaşdırmaq qərarına gəldik", - o sosial şəbəkələrdə yazıb.
.
