
Ukraynanın yalnız dron və raket istehsalında potensialı gələn il artıq 35 milyard dollar olacaq.
"Report" "İnterfax-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunun açılışında bildirib.
"Yalnız dron və raket istehsalında potensialımız gələn il artıq 35 milyard dollar olacaq", - V.Zelenski bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna bir çox parametrlərə görə artıq xarici analoqları qabaqlamağa başlayan milli müdafiə məhsulları yaratmağa davam edir.
.