"Qara dəniz taxıl sazişi Rusiyaya görə dayanmaq təhlükəsi altındadır".
Bunu Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov "Twitter"də bildirib.
"Yenə də Rusiya Qara Dəniz Taxıl Təşəbbüsündə iştirak edəcək gəmilərinin siyahısında israr etdiyi üçün Türkiyədə heç bir yoxlama aparılmır. Bu, qəbuledilməzdir və sazişin şərtlərinə ziddir. Ukrayna bizim limanlarımıza müdaxilənin əleyhinədir. Türkiyə və BMT-nin mövqeyinə etibar edirik", nazir bildirib.
.
