Ukrayna nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) üzvü, Ukrayna Ali Radasının “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko təşkilatda üç ay müddətində çıxış etmək hüququndan məhrum edilib.

TASS verdiyi xəbərə görə, bu barədə bu gün ukraynalı deputat özünün “Telegram” kanalında məlumat verib.

A. Qonçarenko AŞPA-nın qış sessiyasında Rusiyanın ünvanına yolverilməz hərəkət və təhqirlərinə görə çıxış etmək hüququndan məhrum edilib.

.