Ukraynada Regionlar Partiyasının fəaliyyəti qadağan olunub.

Unian xəbər verir ki, bu barədə 8-ci apellyasiya administrasiya məhkəməsi qərar verib.

Qərar Ədliyyə Nazirliyi və Təhlükəsizlik Xidmətinin birgə müraciətindən sonra verilib. Partiyanın əmlakı və vasitələri müsadirə olunacaq.

Xatırladaq ki, Regionlar Partiyası 2014-cü ilə qədər Ukraynada hakimiyyətdə olub.

.