Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması məqsədilə sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün nəzərdə tutulan vaxt fevralın 3-də başa çatıb.
Yerli KİV-lər bildirir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, namizədlərin qeydə alınması prosesi fevralın 8-də başa çatacaq. Artıq 28 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Prezidentliyə namizəd olmaq istəyən 74 nəfər sənədlərini MSK-ya təqdim edib.
Xatırladaq ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.
.
