Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğu və qarət üstündə saxlanılaraq həbs edilib.

"Report" xəbər verir ki, paytaxt Kiyev şəhərinin Qolosevskiy rayonu məhkəməsinin qərarı ilə saxlanılan Azərbaycanın vətəndaşı, 1975-ci ildə anadan olan Neymətzadə Xalid Fəzail oğlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət işinin istintaqı gedir, zərərçəkənlər dindirilir.
.