Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb.

Bu barədə Ali Radanın sədri Ruslan Stefançuk özünün sosial şəbəkə hesabında paylaşım edib.

 

Ruslan Stefançuk Dmitri Kulebanın istefa ərizəsinin fotosunu paylaşıb.

Kuleba istefa ərizəsini Ali Radaya təqdim edib.

Qeyd edək ki, Ukraynanın strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval da istefa ərizələrini Ali Radaya təqdim ediblər.

.