Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin Rusiya vətəndaşlığına malikdir.

Bu haqda Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.
"Ukraynanın xarici işlər naziri Klimkin öz işi ilə məşğul olmaq əvəzinə bütün günü mənim gəldiyim və getməyə hazırlaşdığım ölkələrə zəng edir. Yeri gəlmişkən, Pavel Klimkin etnik olaraq ukraynalı deyil. Rusdur və Rusiyada doğulub. O, Rusiya vətəndaşlığına malikdir və Ukrayna dilində məndən daha pis danışır”, - Saakaşvili qeyd edib.
Qeyd edək ki, Polşadan Litvaya gələn Saakaşvili bu gün Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib.
.