Ukrayna və Moldova istisna olmaqla, bütün MDB ölkələrinin liderləri Qələbə Günü Moskvaya gələcəklər.

Bunu Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev bildirib.

"MDB ölkələrinin bütün dövlət başçıları 9 May Paradında iştirak edəcək. İkisi istisna olmaqla...Təəssüf ki, Ukrayna və Moldova iştirak etməyəcək. Doqquz dövlət başçısı iştirak edəcək", - Lebedev mayın 9-da Moskvada keçiriləcək bayram mərasimində Birlik ölkələrinin dövlət və hökumət başçılarından hansının iştirak edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

.