Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Varşavada görüşüb.

Bu barədə Ukraynanın xarici işlər naziri “X” platformasındakı paylaşımında bildirib.

"Mən Ermənistanın xarici işlər naziri ilə görüşdüm. Sülh Formulasını dəstəklədiyi üçün Ermənistana təşəkkür etdim. Biz builki siyasi məsləhətləşmələrimizi qiymətləndirdik və ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi yollarını müzakirə etdik”, - deyə Sibiqa bildirib.

Andrey Sibiqa, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Ukraynaya səfər etməyə dəvət edib.

.