Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb. Həyatının itirənlərdən biri uşaqdır.

İstintaq Komitəsinin ilkin məlumatlarına görə, HIMARS MLRS-dən istifadə edilməklə zərbə endirilib.

.