Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin inkişafının müzakirə olunduğunu bildirib.

Səfir bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə məhsuldar görüş keçirildi. Biz parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, humanitar yardım, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarına dair məsələləri müzakirə etdik. Göstərdiyi yardım və dəstəyə görə Azərbaycana minnətdaram", - səfir qeyd edib.

.