Göndərilən humanitar yardıma görə Ukrayna və Ukrayna xalqı adından Azərbaycan rəhbərliyinə, o cümlədən Prezident İlham Əliyevə təşəkkür edirəm.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

"Şübhəsiz ki, Ukraynadakı ağır situasiyada həyata keçirilən bu humanitar yardım Azərbaycanla Ukrayna arasında yüksək strateji tərəfdaşlığın səviyyəsinin göstəricisi, parlaq nümunəsidir", - səfir əlavə edib.

Səfir diqqətə çatdırıb ki, humanitar yardımın göndərilməsi Ukrayna ilə Azərbaycan xalqları arasında dostluğun daha bir sübutudur.

“Bu yardım həqiqətən bizə lazımdır”, - diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir.

.