Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə ərzində ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 605 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bildirib ki, bölgəyə indiyədək ən kütləvi PUA hücumu həyata keçirilib. Onun sözlərinə görə, HHM qüvvələri 92 pilotsuz aparatı məhv edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Tver vilayətinin qubernatoru İqor Korolyov isə bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində “Wildberries” şirkətinə məxsus logistika kompleksinin fasadına ziyan dəyib. Onun sözlərinə görə, insident zamanı xəsarət alan olmayıb.
Məlumata görə, Rusiya Qara dənizdə Ukrayna ordusunun maraqları üçün istifadə olunduğu iddia edilən iki yük gəmisinə də zərbələr endirib.
.
