Ukrayna Rusiya neftinin Avropaya ötürülməsini 2029-cu ilin sonunadək davam etdirəcək.
Yenizaman “strana.news” saytına istinadən xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Bildirib ki, ölkəsinin müqavilə öhdəlikləri müqavilənin müddəti başa çatanadək icra olunacaq.
Qeyd edək ki, Ukrayna üzərindən Avropaya qaz ötürülməsi üzrə müqavilənin müddəti 2025-ci ilin yanvarında başa çatır. Neftin tranziti üzrə sənəd isə 2029-cu ildə qüvvədən düşəcək.
Bir qədər əvvəl o, yanlışlıqla Rusiya neftinin Avrozonaya ixracı haqqında sənədin müddətinin 2025-ci ildə bitəcəyini açıqlamışdı.
.