Ukrayna Ali Radası bəzi kateqoriyadan olan məhbusların səfərbərliyə cəlb olunmasına icazə verib.

Yenizaman-ın “unian“a istinadən xəbərinə görə, qərarda istisnaların şamil olunacağı şəxslərin əhatə dairəsi açıqlanıb.

Bildirilib ki, qətl və zorakılıq, habelə milli təhlükəsizlik əleyhinə cinayətlərə görə məhkum olunanlar, psixoloji problemləri təsdiqlənən məhkumlar, hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı silahdan istifadə edənlər, eləcə də korrupsiya cinayətlərinə görə cəza çəkənlər bu prosesdən kənarda qalacaqlar.

Eyni zamanda bu şəxslərə aid səfərbərliyin könüllülük prinsiplərinə əsaslanmalı olduğu və onların ayrıca hərbi birləşmələrdə xidmət edəcəyi də sənəddə öz əksini tapıb.

.