Ukrayna müttəfiqlərdən 26 ədəd M270 MLRS raketatan sistemi alıb.

UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında deyib.
Ostin xatırladıb ki, aprel ayında ABŞ ilk dəfə olaraq Ukraynaya 155 mm-lik M777 haubitsalarını verib və bu, Ukrayna qüvvələrinin istifadə etdiyi NATO standartlarına uyğun ilk artilleriya qurğusu olub.

O deyib ki, ABŞ bu günə qədər Ukraynaya 126 belə haubitsa tədarük edib.

"İlk təmas qrupu görüşümüzdən bəri ABŞ və müttəfiqlərimiz Ukraynaya 26 uzaqmənzilli raket artilleriya sistemi və GMLRS mərmilərini təhvil veriblər”, - Ostin bildirib.

"Bütün bu imkanlar Ukraynaya Rusiyanın təcavüzünə qarşı dayanmağa kömək edib və hətta Ukraynaya Rusiyanın hazırkı hücumuna müqavimət göstərməyə imkan verir", Pentaqon rəhbəri deyib.

.