Ukrayna pilotsuz uçuş aparatları (PUA) “Xəzər Boru Kəməri Konsorsiumu” beynəlxalq neft nəqliyyat şirkətinin Novorossiyskdəki obyektlərinə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar yanalma və tədarük boru kəmərinə zərbə endirib, zərbə nəticəsində dörd neft rezervuarında yanğın başlayıb.
Nazirlik zərbənin məqsədinin Rusiyadan Avropaya neft tədarükünü dayandırmaq olduğunu bildirib.
Ukrayna Rusiyanın Novorossiysk limanında “Admiral Makarov” freqatını məhv edib
Ukrayna Rusiyanın Novorossiysk limanında "Admiral Makarov" freqatının məhv edildiyini açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanının sözlərinə görə, Ukrayna dronları Rusiya Qara dəniz donanmasının freqatı olan "Admiral Makarov"u gecə vaxtı vurub.
O, Ukrayna kəşfiyyatının hazırda Kalibr qanadlı raketlərini daşıya bilən gəmiyə dəyən ziyanın miqyasını müəyyənləşdirdiyini deyib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə regiona dron hücumunu təsdiqləyib. O, bir neçə evə ziyan dəydiyini, səkkiz nəfərin yaralandığını və bir neçə müəssisənin ərazisində dron qalıqlarının tapıldığını bildirib. O, hərbi obyektlərə mümkün zərbə barədə ətraflı məlumat verməyib.
.
