Ukraynada iyunun 5-dən etibarən daxili uçuşlar, 15-dən isə beynəlxalq aviareyslər bərpa edilir.

Segodnya.ua xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin bugünkü iclasında deyib.

O qeyd edib ki, Ukrayna istiqamətində uçuşları bərpa edən ölkələr üçün beynəlxalq hava nəqliyyatı bərpa ediləcək.

.