Bu gün Ukraynanın Ali Radasına qondarma erməni soyqırımının tanınması haqqında 2530 saylı qanun layihəsi daxil olub.
"İnterfaks-Ukrayna” xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı bitərəf deputat (141 saylı dairədən seçilib, mərkəz – Tatarbunar şəhəri, Odessa vilayəti), "Vidrojdeniya” deputat qrupunun üzvü Vitali Barvinenkodur.
Ali Radanın saytında sənədin mətni hələlik açıqlanmayıb.

.