Ukrayna, Rusiya ordusunun “Oreşnik” raket kompleksi ilə Lvov vilayətinə raket zərbələri endirməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə dair çağırış edib.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Andrey Sibiq öz rəsmi “Facebook” səhifəsində yazıb.
“Rusiya iddia edir ki, Lvov vilayətinə ortamənzilli ballistik raket, yəni "Oreşnik"dən istifadə edib”, – deyə ukraynalı nazir yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın ərazilərə endirilmiş zərbələr Avropa qitəsi üçün ciddi təhlükə yaradır. Sibiqa Rusiyanın hərəkətlərinə qəti cavab verilməsini tələb edib.
.
