Ukrayna Avropa İttifaqından 5.9 milyard avro dəyərində dəstək vəsaiti alıb.
Yenizaman “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib.
Onun sözlərinə görə, bu vəsait iki hissəyə ayrılıb. Belə ki, 4.1 milyard avro ERA (Extraordinary Revenue Acceleration) krediti vasitəsilə, yerdə qalan 1.8 milyard avro isə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya ödənilib.
“Bu bizə makromaliyyə stabilliyini təmin etməkdə kömək edəcək. Bu məbləğ xilas edilmiş həyatlar, bərpa edilmiş infrastruktur və gücləndirilmiş iqtisadiyyat deməkdir”, - Sviridenko qeyd edib.
Xatırladaq ki, avqust ayında Ukrayna Avropa İttifaqından 4 milyard avrodan çox dəstək vəsaiti alıb.
.
