Ukrayna Ali Radası Regionlar Partiyasından deputat seçilmiş Oleq Tsaryovun toxunulmazlıqdan məhrum edilərək cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verib.
Yenizaman.az xarici mətbuata istinadən xəbər verir ki, Oleq Tsaryovun toxunulmazlıq statusunun ləğvinə və cinayət məsuliyyətinə cəlb olunmasına 235 deputat səs verib. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsini isə minimal sayda - 226 deputat dəstəkləyib. (Xatırladaq ki, Ali Radada qərarların qəbul olunması üçün minimum 226 səs tələb olunur).
.
