Ukraynada atəşkəsin təfərrüatları bazar günü Ciddədə müzakirə olunacaq.

Bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff “Fox News” telekanalına bildirib.

“Əlbəttə, bəzi təfərrüatları işləməliyik, müzakirələr bazar günü Ciddədə başlayacaq”, – Uitkoff söyləyib.

ABŞ prezidentinin xüsusi elçisi qeyd edib ki, Amerika tərəfini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio təmsil edəcəklər.

.