UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi rəsmiləşib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Qarşıdakı 3 ildə oyuna ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik edilməyib. Superkubok matçı 2021-ci ildə Belfastda, 2022-ci ildə Helsinkidə, 2023-cü ildə isə Kazanda təşkil olunacaq.

.