"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.
Bu, komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS-i məğlub etməsi sayəsində mümkün olub.
Masazır təmsilçisinin qalibiyyəti ölkəyə 0,250 əmsal qazandırıb.
Azərbaycan hazırda (18,812 əmsal) 26-cı pillədə qərarlaşıb. 27-ci sırada Slovakiya (18,250), 25-ci mövqedə İsrail (20,750) yer alıb.
Xatırladaq ki, İngiltərə 101.852 əmsalla UEFA reytinqində liderdir.
.
