Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində geriləyib.

Bu, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra baş verib.

24-cü sırada yer alan ölkənin əmsalı 18,500-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Bakıda Bolqarıstanın "Ludoqorets" komandasına uduzub - 1:2.

"Sabah" UEFA Konfrans Liqasında İrlandiyada "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə Xorvatiyada "Osiyek"lə heç-heçə edib - 1:1. Bu bərabərlik Azərbaycanın aktivinə 0,125 xal qazandırıb.

23-cü pillədəki Slovakiyanın 18,750, 25-ci yerdəki İsveçin 18,375 xalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

.