UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Xorvatiyanın "Dinamo" klubuna azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı aradan qaldırıb.
Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Avropa futbol qurumu komandanın fanatlarına səfər matçlarına getməyə icazə verib.
"Dinamo" isə öz növbəsində tərəfdarlara oyunlar zamanı qanun pozuntularına yol verməməyə çağırıb.
Ölkə çempionu Bakıdakı cavab görüşündə bilet satışı ilə bağlı azarkeşləri məlumatlandıracağını bəyan edib.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də baş tutacaq.
.