UEFA qadın futbolunun inkişaf proqramı üçün quruma üzv olan milli assosiasiyalara illik ödənişin məbləğini 50 faiz artırıb.

Вu məbləğ 2020-ci ildən 150 min avro təşkil edəcək. AFFA-nın da bəhrələnəcəyi artım UEFA-nın "HatTrick” layihəsi çərçivəsində gerçəkləşəcək.

Qeyd edək ki, UEFA hazırda quruma üzv olan 55 milli assosiasiyaya qadın futbolunun inkişafı üçün illik 100 min avro verir.
.