UEFA Prezidenti Aleksander Çeferin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Almaniyada keçiriləcək futbol üzrə “Avropa-2024” oyunlarına dəvət edib.
Yenizaman “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məktubda bildirilib: “Sizi UEFA adından 2024-cü il Avropa çempionatında UEFA-nın VIP proqramı çərçivəsində iştirak etməyə dəvət etmək fürsətinə malik olmaqdan çox məmnunam”.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Gürcüstan “F” qrupunda Potruqaliya, Çexiya və Türkiyə ilə qarşılaşacaq. Gürcüstan millisinin ilk oyunu iyunun 18-də Dortmundda keçiriləcək.
.