UEFA-nın İcraiyyə Komitəsinin qərarları bəlli olub.
Bunu UEFA-nın baş katibi Corco Marketti açıqlayıb.
Qurumun İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasından sonra mətbuat konfransı keçirən Marketti aşağıdakı qərarların qəbul edildiyini bildirib:
- Çempionlar Liqasının 2019/20 mövsümü “Səkkizlər finalı” formatı ilə başa çatdırılacaq. Portuqaliyanın Lissabon şəhərində təşkil olunacaq turnirin qarşılaşmaları avqustun 12-23-də baş tutacaq. Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək.
- Növbəti mövsümün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması oktyabra planlaşdırılır.
- Avropa Liqasının 2019/20 mövsümü də eyni formatda Almaniyanın 4 şəhərində təşkil olunacaq. Köln, Düssüldorf, Duysburq və Helzenkirhendəki qarşılaşmalar avqustun 10-21-də keçiriləcək.
- Milli assosiasiyalar və liqalar avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını avqustun 3-dək UEFA-ya təqdim etməlidir.
- Yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibləri püşklə müəyyənləşəcək.
- Millətlər Liqasının bərpası sentyabr ayına planlaşdırılır.
- AVRO-2020-nin ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib.
.