UEFA İntizam Komitəsi Türkiyə klubları “Beşiktaş”la “Qalatasaray”ı cərimələyib.
Buna səbəb adıçəkilən komandaların avrokubok oyunları zamanı azarkeşlərin davranışları olub.
“Ağ-qaralar”ın fanatları Çempionlar Liqasının qrup mərhələsində “Sportinq”lə səfər matçında meydana yad əşyalar atıb və fişəng yandırıblar. Bu, “qara qartal”a 13 min 500 avro ziyana salıb.
Avropa Liqasının qrup mərhələsində “Marsel”lə görüşdə də “sarı-qırmızılar”ın azarkeşləri eyni intizamsızlığa yol verib. Bu səbəbdən “cim-bom”a 11 min 875 avro cərimə kəsilib.
Qeyd edək ki, “Beşiktaş” avrokuboklarda mübarizəni dayandırıb, “Qalatasaray” isə Avropa Liqasında 1/8 final mərhələsinə adlayıb.
.