UEFA futbolçu Kristian Eriksenin vəziyyətinin pisləşməsi ilə bağlı dayandırılan Avro-2020-nin Danimarka-Finlandiya oyunu ilə bağlı qərar qəbul edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, hər iki komandanın futbolçularının istəyi nəzərə alınaraq UEFA Danimarka və Finlandiya arasında qarşılaşmanın bu gün Mərkəzi Avropa vaxtı ilə 20:30-da bərpa edilməsinə qərar verib.
Qərara əsasən ilk hissənin son dörd dəqiqəsi oynanılacaq, bundan sonra isə beş dəqiqəlik fasilə olacaq. Daha sonra isə ikinci hissə başlayacaq.
.