UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq "Hapoel" (Beer-Şeva, İsrail) azarkeşləri 460 bilet əldə edib.

Bunu "Report"a açıqlamasında Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.

"Artıq 460 bilet alınıb. Hələ ki, başqa müraciətlər yoxdur. Amma bu say oyun saatına kimi dəyişə bilər", - deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

.